Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Yasamalda qayda pozan sürücü qəza törədib – VİDEO

Yasamalda qayda pozan sürücü qəza törədib – VİDEO

Yasamalda “Hyundai” və “Lada Priora” toqquşub. 

Azinforum.az ONA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şərifzadə küçəsində baş verib.

Anar Nurəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə “geriyə dönmə qadağandır” nişanının tələbini pozaraq əks yola çıxıb. Bu zaman o, Seymur Ələsgərovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …