Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Yasamalda bina sakini mənzilini görün necə böyüdür – Video

Yasamalda bina sakini mənzilini görün necə böyüdür – Video

Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 11/13 ünvanındakı binada yaşayan sakinlərdən biri eyvanını böyütmək üçün tikinti işləri aparır.
Bu barədə Yeniavaz.com-a şikayət daxil olub.
Şikayətlə bağlı həmin ərazidə çəkiliş apardıq. Həqiqətən də ərazidə tikinti işlərinin aparıldığının şahidi olduq. Çəkiliş əsnasında özünü ev sahibi kimi təqdim qadın bizimlə söhbətində tikinti ilə bağlı heç kəsin ona narazılığını bildirmədiyini, binada ondan başqa digər mənzillərin də eyvanını artırdığını qeyd etdi. 
Vətəndaşın şikayəti ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Yeniavaz.com-a məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlumat veriləcəyi deyilsə də daha sonra heç bir məlumat verilmədi.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …