Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Yasamal ərazisindəki gölün qurudulması işi yenidən başladı

Yasamal ərazisindəki gölün qurudulması işi yenidən başladı

Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

Bu haqda “Yeni Sabah”a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir. 

Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi başlamışdı. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Korona” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı haqda xüsusi açıqlama yaymışdı: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi heç bir inşaat yoxdur, göl qurudulmur”.

Yasamal ərazisindəki gölün qurudulması işi yenidən başladı -  Video

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …