Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Yaşa görə pensiyaya düşən amnistiya nədir? – RƏY

Yaşa görə pensiyaya düşən amnistiya nədir? – RƏY

Yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan layihənin detalları məlum olub.

Son dəyişikliyə görə, hazırda pensiya yaşı kişilər üçün 64, qadınlar üçün 60.5 ildir.

Bu yaşa çatmış şəxslər isə aşağıdakı iki tələbdən birini ödəməli idi:

1) ya ən azı 25 il sığorta stajı olmalı idi;

2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya (110 manat) almağa imkan verməli idi.

Bu məbləğin yaranması üçün şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 16743 manat olmalıdır.

Ekspert Rövşən Ağayevin sözlərinə görə, reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi və yeni dəyişiklik bu riski aradan qaldırdı:

“Yenilik odur ki, pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq, 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürələcək.

Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq”.

2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:

1) 2006 yanvar-2017 iyun tarixində toplanmış sığorta kapitalı 80% artırılır, ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

2) 2017-ci iyul-2018 dekabradək toplanmış sığorta kapitalının 90%-i götürülür və alınan rəqəm yenə ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

3) 2005-ci ilin sonunadək müəyyən edilən 7650 manat da nəzərə alınmaqla, 2006-2018-ci illərdə toplanan kapitalın həcmi ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür və pensiyanın həcmi tapılır.

R.Ağayev deyir ki, bununla 25 illik staj tələbi həll edilir, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.

Yeri gəlmişkən, bu qayda 2019-2020-ci illərdə yaşa görə pensiyaya çıxanlara aiddir. 2021-ci ildən başlayaraq isə “25 illik staj amnistiyası” hər il bir il azaldılacaq. Məsələn, 2025-ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerdə qalan beş ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacibdir. (Oxu.az)

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …