Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Yardımlıda torpaq sürüşməsi: yol çökdü

Yardımlıda torpaq sürüşməsi: yol çökdü

Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb.

ONA-nın məlumatına görə, yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsirindən ərazidə çökmələr olub.
Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi nəticəsində avtomobil yolunda bəzi hissələr çöküb. Əvvəl kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq, Ərsilə və Arus kəndlərində müşahidə olunur. Asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu isə avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir.
“Azəryolservis” ASC-dən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …