Cümə , Oktyabr 18 2019
Ana səhifə / Sosial / Yardımlıda meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib – YENİLƏNİB

Yardımlıda meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib – YENİLƏNİB

Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “Mi-17” yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

 

****

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə musavat.com-a FHN-dən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Ötən il evlənmək məqsədilə 18 qız qaçırılıb

2018-ci ildə evlənmək məqsədilə adam oğurluğu üzrə 18 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Dövlət Statistika …