Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Yardımlıda “fövqəladə vəziyyət”: Mərkəzə giriş-çıxış məhdudlaşdırılıb

Yardımlıda “fövqəladə vəziyyət”: Mərkəzə giriş-çıxış məhdudlaşdırılıb

İcra başçısı təlimat verib: Musa Qasımlı camaatla görüşə polislə gedir

Dünəndən etibarən Yardımlı Polis Şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Rayonun bütün giriş və çıxış qapıları nəzarətə götürülüb, maşılar yoxlanılaraq buraxılır. Bu barədə JAM.AZ-a rayondan məlumat veriblər.

Məlumatda deyilir ki, rayonda “fövqəladə vəziyyət”in elan edilməsinə səbəb 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən hakimiyyətin namizədi olan Musa Qasımlının “təhlükəsizliyini” təmin etməkdir. Və bu barədə təlimatı icra başçısı Sevindik Hətəmov şəxsən verib.

JAM.AZ-a verilən məlumatda o da deyilir ki, Musa Qasımlı seçiciləri ilə görüşə polis müşayəti ilə gedir. Belə ki, dünən rayonun Çayüzü kəndində seçicilərlə görüşə gedən Qasımlı polisin müşayəti altında yaşayış məntəqəsinə daxil olub. Onunla görşə heç kim gəlməsə də, polisin və yerli icra nümayəndəsi ilə bələdiyyənin təkidi, xahişi və minnətiylə 5-6 nəfər bir araya gələrək, professorun danışıqlarına qulaq asıblar.

Qeyd edək ki, seçkilərdə polisin məsələyə müdaxiləsi qanunla qadağandır. Onlar yalnız təhlükəsizliyin təmin edilməsi ilə məşğul ola bilərlər. Və bunu da uzaqdan həyata keçirmək yoluyla.

Təəccüblüdür ki, özünü “xalqın adamı” adlandıran Musa Qasımlı camaatdan o qədər qorxur ki, polisi özüylə yançı aparır? Madam qorxursa, nədən həmin dairədən seçilməyə çalışır?

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın