Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Yararsız qurban ətini qaziyə Yasamal bələdiyyəsi göndəribmiş – SƏS YAZISI

Yararsız qurban ətini qaziyə Yasamal bələdiyyəsi göndəribmiş – SƏS YAZISI

İki gündür sosial şəbəkələrdə Milli Məclisin deputatı Ülvi Quliyevin Qarabağ qazisi Namiq Həsənova yararsız qurban əti göndərməsi barədə xəbər yayılıb.

Unikal.org məsələnin əslində necə baş verdiyini araşdırıb. Bu barədə açıqlama verən qazi Namiq Həsənov deyib ki, qurban payı Yasamal bələdiyyəsinin loqosu olan paketdə olub: “Mənə yaşadığım ərazidən zəng olundu ki, sizə çatacaq qurban payı var. Gedib götürdüm. Evdə baxanda gördük ki, ət iylənib. Bu səbəbdən də  MİS-ə zəng elədim ki, bu yararsız əti kim veribsə, gəlin aparın. Orda çalışan bir xanım dedi ki, Ülvi adında bir deputatın payıdır. Amma sonradan məlum oldu ki, bu məsələnin deputat Ülvi Quliyevlə əlaqəsi yoxdur. Çünki əti MİS-ə Yasamal bələdiyyəsi verib, həmin pay bələdiyyənin logosu olan paketdə təqdim olunub. Sadəcə, həmin xanım səhvən Ülvi Quliyevin adını çəkib”.

Yasamal MİS-nin sözügedən xanım əməkdaşı qaziyə zəng edərək Ülvi Quliyevin adını yanlışlıqla çəkdiyini etiraf edib.

Həmçinin oxuyun

Toyuq bişirilməzdən əvvəl yuyulmalıdırmı? – Xəbərdarlıq

Bəzi insanlar toyuq, təzə ət kimi məhsulların yuyulmadan istehlak olunmasını tövsiyə edir. Bildirirlər ki, bu …