Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək

YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək.

Bu barədə partiyanın rəsmi saytında məlumat dərc edilib.

Saytda bildirilir ki, Yevlax rayonu Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ Müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlu 13.09.2013-cü il tarixində Yevlax şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş edib.

“Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı  Yevlax şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.

Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilmişdir.

Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumu nəzərə alınaraq ona fərdi evin tikilməsini Yeni Azərbaycan Partiyası öz üzərinə götürmüşdür. Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılmışdır”, – deyə “yap.org.az” saytında bildirilib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …