Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Sosial / YAP-ın siyahısından sonra seçkidən imtina edən radikalların gizlətmək istədiyi mətləb…

YAP-ın siyahısından sonra seçkidən imtina edən radikalların gizlətmək istədiyi mətləb…

“Biz isə seçkidə iştirakın tərəfdarıyıq”

Elşad Musayev: “Blokun boykota meylli olmasının YAP-ın siyahısı ilə əlaqəsi yoxdur”

Parlament seçkilərinə qalan vaxt azaldıqca mübarizədə maraqlı nüanslar ortaya çıxır. Bəzi müxalif siyasətçilər namizədliyini hansı dairədən verəcəyini gec açıqlamasını YAP-ın seçki siyahısının gecikməsi ilə izah edirdilər. Hakim partiya siyahını açıqlayandan sonra isə maraqlı hallar yaşandı.
Məsələn, Milli Şuranı seçkiləri boykot etdiyinə görə kəskin qınayan ADP, YAP-ın siyahısını görən kimi, boykot qərarı verdi. Analoji hal bir neçə siyasi partiyanı birləşdirən “Azadlıq-2015” siyasi partiyalar blokunda yaşanır. Bu barədə blokun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün imza toplanmasına maneələr yaradılması, irəli sürülmüş namizədlərin öz namizədliyindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsilə təzyiqlər edilməsi, habelə demokratik beynəlxalq aləm və bir sıra yerli siyasi qüvvələr tərəfindən bu seçkilərin boykot edilməsi əsas göstərilərək həmin müraciətlərdə tələb edilir ki, blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin.
Bu qərarın verilməsinin YAP-ın açıqladığı seçki siyahısı ilə hansısa əlaqəsi varmı?
Həmin blokda təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qəzetimizə açıqlamasında bildirdi ki, onun rəhbərlik etdiyi partiyanın bir qədər fərqli mövqeyi var: “Azadlıq-2015” bloku öz ətrafında 7 siyasi partiyanı birləşdirir. Mən hesab edirəm ki, bu böyük uğurdur. Həmin blokdakı partiyaların fərqli mövqeyi də ola bilər. Blokun boykota meylli olmasının YAP-ın siyahısı ilə əlaqəsi yoxdur. Sadəcə, hesab edirik ki, yerlərdə bizim irəli sürdüyümüz namizədlərə qarşı qısqanclıq var.
Onların qeydiyyata alınmasında problemlər yaşanır. Blokdakı bəzi partiyalar bu və seçkilərə xarici faktordan bəslənən münasibəti əsas gətirirək boykota üstünlük verir. Biz isə seçkidə iştirakın tərəfdarıyıq. Hesab edirik ki, bu, bir marafondur, ondan geri qalmaq düz olmaz”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hərbçilərin pensiyası və icbari soğrtası ilə bağlı qanun təsdiqləndi – Dəyişiklik

Bu gün Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …

Bir cavab yazın