Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / YAP-ın siyahısına və Siyavuş Novruzovun xəbərdarlığına məhəl qoymayanlar…

YAP-ın siyahısına və Siyavuş Novruzovun xəbərdarlığına məhəl qoymayanlar…

Nizami rayonunda YAP – ın vahid namizədindən başqa digər YAP üzvü olan şəxs eyni dairədən namizədliyini irəli sürüb.

Bunu Moderator.az – a adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib. Musayeva Səidə adlı YAP üzvü olan xanım 24 saylı Nizami seçki dairəsindən namizədliyini irəli sürüb.
Məsələ burasındadır ki, həmin xanım Nizami rayonundakı 61 saylı məktəbin müəlimməsidir. Mənbəmiz iddia edir ki, deputatlıq marafonuna qoşulmaq həmin xanımın öz təşəbbüsü olmayıb. Hətta ilk öncə ona bu təklif olunanda razı olmayıb, çünki həmin dairədən YAP-ın vahid namizədi Rövnəq Abdullayevdir. Amma ona başa salıblar ki, belə lazımdır və seçkilərdən sonra səni həmin məktəbin direktoru qoyacağıq. Bütün bu məlumatı adıçəkilən xanım öz yaxınlarına danışıb.

Məlumatı iş günü olduğundan 24 saylı dairə seçki komissiyasından öyrənə bilmədik. Həftənin iş günü Səidə Musayevanın həmin dairədən namizədliyini irəli sürüb – sürməməsini dəqiqləşdirməyə çalışacağıq.

Xatırladaq ki, bir neçə gün öncə YAP icra katibinin müavini Siyavuş Novruzov bildirmişdi ki, hakim partiyanın siyahısında adı olmayan YAP üzvləri öz təşəbbüsləri ilə namizədliklərini irəli sürəcəyi halda onlar partiyadan qovulacaqlar.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın