Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / YAP-ın deputatlığa namizədlərinin siyahısı təsdiqləndi

YAP-ın deputatlığa namizədlərinin siyahısı təsdiqləndi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
“Report” xəbər verir ki, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.
“Report”un YAP-ın qərargahı qarşısında olan əməkdaşı xəbər verir ki, artıq İdarə Heyətinin bir neçə üzvü YAP-ın binasından çıxıb. Onlar deyiblər ki, iclsa yekunlaşıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: “İclsa yaxşı keşdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın