Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / YAP-dan referendum açıqlaması: “Yeni strukturların yaradılmasına ehtiyac var”

YAP-dan referendum açıqlaması: “Yeni strukturların yaradılmasına ehtiyac var”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncama münasibət bildirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında bildirib ki, prezidentin səlahiyyətinin 7 il olması praktikası dünya təcrübəsində mövcuddur. Uzun müddət Fransada, Türkiyədə prezidentin səlahiyyət müddəti 7 il olub. Hazırda Rusiyada 6 ildir.

“Yəni, prinsip etibarı ilə prezidentin səlahiyyət müddətinin 7 il olması seçilən insanın seçicilər qarşısında irəli sürdüyü proqramın həyata keçməsi üçün tam yetərlidir. Eyni zamanda biz prezidentli respublika olduğumuza görə, prezident səlahiyyəti olan şəxsin uzun müddətli cəmiyyətin inkişafı ilə bağlı islahatların aparılması üçün uzun müddətli ehtiyatında seçilmiş müddət olmalıdır. Bu baxımdan Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 il olması zamanında verilmiş, günün tələblərinə cavab verən təklifdir. Hesab edirəm k, bu təklif Azərbaycanda seçicilər tərəfindən dəstəklənəcək və növbəti prezident seçkilərində artıq biz dövlət başçısını öz proqramını yerinə yetirməsi üçün daha böyük bir səlahiyyət müddətinə malik olduğunu görə biləcəyik.

Həmçinin, Azərbaycanda artıq özünü təsdiqlətmiş lider, cəmiyyətin etimadını doğrultmuş şəxs, hazırkı prezident İlham Əliyevdir. Azərbaycanın Heydər Əliyevdən sonra qazandığı uğurlar məhz İlham Əliyevin adı ilə bağlıdır”.

A.Mirzəzadənin fikrincə, Azərbaycanda yeni strukturların yaradılmasına böyük ehtiyac var: “Nəzərə alasaq ki, artıq Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə yaxındır. Artıq biz əhalisi çox olan dövlətlər qrupuna daxili oluruq. Əhalisi çox olan dövlətin idarə olunmasında şübhəsiz ki, yeni strukturların yaradılmasına böyük ehtiyac var.

Vitse-prezident vəzifəsini təsis olunması müəyyən sahələr üzrə prezidentin artıq təyin etdiyi şəxslərin olmasını müəyyən edir. Hesab edirəm ki, Azərbaycanda artıq vitse-prezident vəzifəsinin olmasının zamanı gəlib çatıb. Onların sayının neçə nəfər olması artıq prezident seçilən şəxsdən asılıdır. Hesab edirəm ki, artıq birbaşa xarici məsələlərə, iqtisadi islahatlara, ictimai-siyasi məsələlərə baxan, yaxud parlamentlə əlaqələrə baxan, bir sözlə istiqamətləri çox olan vitse-prezidentlər təyin oluna bilər.

Əlbəttə ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinə, islahatların davamlı olmasına, Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin inkişafına çox böyük dəstək olacaq”.

YAP rəsmisi vurğulayıb ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncamda məlumat verilmir. Bununla belə hesab edirəm ki konstitusiya məhkəməsi bu məsələyə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. Təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.

Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.

Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.

Bundan əlavə layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 nəzərdə tutulub.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın