Ana səhifə / Sosial / YAP-çı məmur namizədliyini geri götürdü

YAP-çı məmur namizədliyini geri götürdü

Yeni Azərbaycan Partiyası tərəfindən 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Lalə Əhmədova seçkidən geri çəkilib.
Moderator.az xəbər verir ki, bu barədə AzVision.az-a 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin sədri Qədir Kərimov məlumat verib. DSK sədrinin sözlərinə görə, Lalə Əhmədova öz istəyi ilə namizədliyini geri götürüb: “Lalə Əhmədova seçkilərdən geri çəkilməsini dövlət qulluğunda çalışmağa üstünlük verməsi ilə əlaqələndirib”.
Qeyd edək ki, Lalə Əhmədova hazırda Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.
Xatırladaq ki, hazırda sözügedən dairədə mübarizə aparacaq şəxslər aşağıdakılardır: Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın