Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq – DEPUTAT

Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq – DEPUTAT

Son bir həftədir ki, Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Həftənin statistikasına nəzər yetirsək yoluxma sayının əsasən  500-600 civarında dəyişdiyini görmək olar.

Bəs görəsən sərt karantin rejimi yenə uzadıla bilərmi?

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı Musa Quliyev bu mövzuda qəti söz deməyin çətin olduğunu bildirib: 

“Karantin rejiminin uzadılıb-uzadılmayacağı haqda dəqiq bir şey deyə bilmərəm. Buna Operativ Qərargah qərar verəcək. Mən düşünürəm ki, hər şey yaxşı gedir, yoluxmaların sayı, virusdan ölənlərin sayı azalır. Artıq demək olar ki, sərt karantin öz müsbət nəticəsini verir. Belə davam edərsə, fikrimcə, ayın 18-dən sonra yumşalmalara gedə bilərlər. Yumşalmalar hansı qaydada olacaq bunu Operativ Qərargah deyəcək. Ümumiyyətlə isə kütlə müsbətə doğru gedir, bunu hamımız görürük. Artıq insanlar da karantin qaydalarına ciddi riayət edirlər. İnsanlar arasında kifayət qədər maariflənmə işləri gedib. Vaksinasiyadan sonra proses daha da sürətlə yaxşılığa doğru dəyişəcək. Mən hesab edirəm ki,  yanvarın 18-dən sonra karantini yumşaltmaq üçün bizdə kiyafət qədər əsas var”. 

Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq  - “İnsanlar qaydalara ciddi riayət edirlər“

Həmçinin oxuyun

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif …