Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yandırdığı zibilin “zibilinə” düşdü – 4800 cərimə

Yandırdığı zibilin “zibilinə” düşdü – 4800 cərimə

Tullantıları qanunsuz olaraq yandıran müəssisə sahibi cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …