Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yağışlı günlərdə qara günə qalan Bakı: Problemin həlli varmı?

Yağışlı günlərdə qara günə qalan Bakı: Problemin həlli varmı?

“Hər dəfə yağış yağanda Bakıda eyni problemləri yaşayacağıq. Çünki infrastruktur plansız tikintilərlə zay günə qoyulub”.
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bunun həlli yollarını açıqlayıb:

“Birincisi, Bakının yükü azaldılmalıdır. İkincisi, Bakının infrastrukturuna yenidən baxılmalıdır. Bəzi yerlərdə tikintilərin sökülməsi ilə bağlı qərar verilməlidir. Elə yerlərdə tikintilər var ki, yol infrastrukturunun normal şəkildə fəaliyyətinə maneçilik törədir. Bütün bunlar üçün milyardlarla vəsait lazımdır ki, həm Bakının görkəminə dəyən zədə, həm də infrastruktur yenilənsin. Bunun çıxış yollarından biri kimi Böyük Şəhər Bələdiyyəsinin yaradılması və bir mərkəzdən idarə olunan şəhər təsərrüfatı modelinə keçid lazımdır. Məsələn, bu gün Bakıda kimin nəyə və hara cavabdehlik daşıdığını bilmir. İcra hakimiyyətinə irad bildirəndə ki, yollara su yığılıb, deyəcəklər ki, yolu biz çəkmirik, yaxud da su yığımına “Azərsu” baxır və s. Şəhər təsərrüfatı mərkəzləşdirilmiş qaydada idarə olunmur deyə cavabdeh olan da yoxdur. Hər bir qurum özünü təmizə çıxartmağa çalışacaq”.
Natiq Cəfərli bildirib ki, sovet dönəmində Bakıda yağış və kanalizasiya sularının ayrıca xətləri mövcud idi:
“Yollarda dəmir barmaqlıqlar vardı, su oradan axırdı, yağış və kanalizasiya suları ayrıca xətlərlə gedirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Bakıda aparılan tikinti işləri zamanı həmin xətlər zədələndi, yağış və kanalizasiya sularının xətlərinu birləşdirdilər. Bu da axıntı sularının axıdılmasını əngələ çevirdi. Həmin borular həm yağış, həm də kanalizasiya sularını qaldırmaq qabiliyyətində deyillər. Sonra yol çəkilişində mühəndislik problemi yaşandı. O vaxt relyefi nəzərə almadan yol çəkilişi zamanı şəhərin aşağı hissələrində yağış sularının yığılması üçün şərait yaradıldı. Onların yığılmamasının qarşısını almaq üçün ayrıca xətlərin çəkilməsi, kanalizasiya xətlərinin genişləndirilməsi, yağış sularının axıdılması üçün ayrıca xətlərin olması vacib idi ki, buna əməl edilmədi”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …