Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Sosial / Yağışdan sonra evləri su basdı

Yağışdan sonra evləri su basdı

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
Azinforum.az FHN-ə istinadən xəbər verir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Həmçinin oxuyun

Səbuhinin qardaşı şəhid ailəsi hesab edilmir – Nazirlik

“Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil”. Bu barədə Bakupost.az -a Sosial Xidmətlər Agentliyinin Mətbuat katibi …