Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Sosial / Yağış, tıxac və sürət həddi endirildi

Yağış, tıxac və sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı xəbərə görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.

Onu da bildirək ki, yağışlı hava ilə əlaqədar paytaxtın əksər yollarında tıxac və nəqliyyat sıxlığı yaranıb.

Həmçinin oxuyun

Bir həftə sonra hərbi xidmətə getməli olan gənc faciəvi şəkildə öldü (VİDEO)

Gecə Bakıda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər …