Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Yağış sürüşmə sahələrində gərginliyi artırdı: “Bakı-Ağsu yolunda uçqunlar baş verir”

Yağış sürüşmə sahələrində gərginliyi artırdı: “Bakı-Ağsu yolunda uçqunlar baş verir”

Yağışlar sürüşmə sahələrində gərginliyi artırıb.
Mia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov BakuPost-a açıqlamasında deyib ki, mövsümlə əlaqədar atmosfer çöküntülərinin miqdarı artıb və bu, təbii olaraq sürüməyə meylli ərazilərdə gərginliyi artırır.
Ə. Qaralov respublikada ən çox sürüşməyə meylli ərazilərin Şamaxı-İsmayıllı zonasında olduğunu nəzərə çatdırıb:”Bakı-Şamaxı yolunun 106-cı km-də, Şamaxı rayonunun Mədrəsə kəndində böyük ərazini əhatə edən sürüşmə sahəsində gərginlik artıb. Son vaxtlar Şamaxı şəhərinin girəcəyində yerləşən və sürüşməyə meylli “48 A məhəllə” adlanan ərazidə sürüşmə zonası yaranıb, bu gün də orada gərginlik hiss olunur. Bakı-Ağsu yolunun 132-cü km-də, yolun müəyyən yerlərində lokal tipli uçqunlar baş verir”.
Ekspedisiya rəisi cənub bölgəsində Astaranın müxtəlif kəndlərində, Lənkəran-Lerik yolunun 17-19-cu km-də də gərginliklərin müşahidə olunduğunu qeyd edib:”Abşeron yarımadasında Zığ ərazisində qədim sürşmə ərazisinin dinamikasında nisbi gərginlik bu gün də müşahidə olunur. Masazırda “Zəli golü” ərazisində də gərginlik var. Həmin ərazilərdə mövcud çatlarda nisbi artım hiss olunur ”.
Z. Qaralov Bayıl dərəsindəki sürüşmə zonasında vəziyyətin stabil olduğunu söyləyib:”Oktyabrın 13-də sürüşmə baş verən Badamdardakı ərazidə isə hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müəyyən geoloji və digər işlər aparılır”.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …