Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Yağış Bakı sakinlərinə çətin anlar yaşadıb

Yağış Bakı sakinlərinə çətin anlar yaşadıb

Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.

Oxu.Az-ın məlumatına görə, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb. 

Eyni vəziyyət “Nizami” metro stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar. 

Həmçinin “Qış parkı”nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib. 

Həmçinin oxuyun

Bakı şəhəri və ətrafında 600 min sənədsiz ev var

2020-2022-ci illərdə ölkə ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənar məqsədlər üçün istifadə edərək fərdi yaşayış …