Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Yağ alarkən nələrə diqqət etməliyik? – Xəbərdarlıq

Yağ alarkən nələrə diqqət etməliyik? – Xəbərdarlıq

Hər gün qida rasionunda yer alan məhsullardan biri də yağlardır. Lakin bir çox yağların tərkibində qatqı olması da, heç kəsə sirr deyil.

Bəs tərkibi məlum olmayan, saxta yağların insan orqanizmi üçün hansı təhlükələri var?

Mövzu ilə bağlı danışan terapevt Vəfa Əhmədova bildirib ki, saxta yağlar insan sağlamlığı üçün olduqca təhlükəlidir.

“Yağlar insan orqanizmi üçün lazım olan qida məhsuludur. Lakin bu qidanın keyfiyyət baxımından təmiz olması vacib şərtdir. Hazırda bir çox kərə yağlarına palma, sana, bitki yağları qarışır ki, bu da insan orqanizmi üçün zərərlidir. Belə ki, tərkibi təmiz olmayan, qatqılı yağlar, ürək, qan-damar, infarkt, şəkərli diabet, mədə-bağırsaq və s. xəstəliklərə yol açır. Uşaqlarda inkişafdan qalma, çəki azlığı və yaxud əksinə piylənmə kimi ciddi problemlərə yol açır. Təmiz kərə yağı isə bədənin yağ mübadiləsini tənzimləyə bilir.”

V.Əhmədova onu da qeyd etdi ki, yağ alarkən qiymətə deyil keyfiyyətə baxmaq lazımdır.Lent.az

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …