Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Sosial / “XXI-ci əsrin əvvəli çox təhlükəli görünür”- Novruz Məmmədov

“XXI-ci əsrin əvvəli çox təhlükəli görünür”- Novruz Məmmədov

“Beynəlxalq münasibətlərdə çox poradaksal bir hal əmələ gəlib. Demək olar ki, dünyanın bütün yerlərində beynəlxalq birlik və bu birliyin lider dövlətləri belə hallara çox mənfi münasibət nümayiş etdirir. Bəzi ölkələr üçün dərhal sanksiyalar da ortaya qoyulur. Müxtəlif sərt mövqelər bildirilir. Amma Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə belə mövqe nə üçünsə ortaya qoyulmur”.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: gələcəyə baxış” adlı beynəlxalq konfransdakı çıxışında deyib. O, bunun həddindən artıq təhlükəli bir proses olduğunu qeyd edib:

“Düşünürəm ki, dünyanın indiki vəziyyətinə gəib çıxmasına əsas səbəb SSRi və Varşava müqaviləsi dağılandan sonra dünyanın bir tərəfinin, özünü lider hesab edən tərəfin beynəlxalq münasibətlərdə ədalət prinsipini qoyuyub saxlaya bilməməsidir. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, onda başqa dəyərlərdən danışmaq bir qədər çətindir. Düşünürəm ki, indiki beyləlxalq aləmdə belə gərginliyin əmələ gəlməsi o beynəlxalq münasibətlərdə geo-siyasi, digər iddiaların- hərbi dövlətçiliyin ortaya qoyulmasının nəticəsidir. Bundan qaçmaq lazımdır. XXI-ci əsrin əvvəli çox təhlükəli görünür. Ümumiyyətlə, hər əsrin sonu, növbəti əsrin əvvəli həm beynəlxalq aləmdə, həm də planetimizdə bütün hadisələrin daha da intensivləşməsinin şahidi oluruq. Əslində, bu gün beynəlxaq birlik, bütün dövlətlər çalışmalıdırlar ki, buna imkan verməsinlər”.

Novruz Məmmədov hesab edib ki, indi beynəlxalq münasibətlər sistemində bir tarazlıq, balans yaratmaq üçün Strateji Araşdırmalar Mərkəzinin çox böyük rolu var və onlar da bundan istifadə etməlidir:

“Burada isə əsas məqsəd sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasıdır”.

Həmçinin oxuyun

Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır

Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli 2(011)-1346/2012 saylı qətnaməsi ilə Müttəlifova …

Bir cavab yazın