Ana səhifə / Sosial / “Xocalını anıb sonra xalqı soyurdular…” – Zahid Oruc

“Xocalını anıb sonra xalqı soyurdular…” – Zahid Oruc

Millət vəkili Zahid Oruc bu gün Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı çıxışında keçmiş MTN naziri Eldar Mahmudovu da günahlandırıb.

Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır, amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik: “Biz faciələrdən sonra hüquqşünas, ekspert olmuşuq. Təəssüf ki, belədir. Biz faciələrdən bir çox dərs çıxarmalıyıq. Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla, xalqa qəsd ilə məşğul idi”.

Həmçinin oxuyun

Sığorta xaosu – vətəndaşları təhdid etməyin məsuliyyəti

Bir neçə aydır ki, ölkədə sığorta xaosu hökm sürür. Bəzi sığorta şirkətləri hətta vətəndaşları təhdid …

Bir cavab yazın