Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Xocalı soyqırımının Dumada tanınması üçün petisiya hazırlanıb

Xocalı soyqırımının Dumada tanınması üçün petisiya hazırlanıb

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb.

Petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur.

O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib.

Petisiyada Xocalı soyqırımının törədilməsi haqqında əmrin Ermənistanın indiki prezidenti, həmin vaxt Dağlıq Qarabağda bütün qanunsuz silahlı birləşmələrin qərargah rəisi və separatçıların “özünümüdafiə qüvvələri”nin komitə sədri olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub.

Sənəddə bildirilir ki, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda azərbaycanlılara qarşı erməni transmilli terroru tərəfindən soyqırım törədildiyini tanıyıb: “Pakistan, Sudan, İsrail, Çexiya, eləcə də İslam Konfransı Parlament Assambleyası Xocalı hadisəsini insanlığa qarşı cinayət kimi tanıyıb. Rusiya Dövlət Dumasının deputatlarını öz xarici həmkarlarından nümunə götürməyə, erməni terrorçularının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı, bəşəriyyətə qarşı cinayəti tanımağa çağırırq”.(APA)

Petisiyaya BURADAN səs verə bilərsiniz.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın