Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Xocalı köçkünü su, çörək, iş istəyir – FOTOLAR

Xocalı köçkünü su, çörək, iş istəyir – FOTOLAR

Xocalı köçkünü Rəsmiyyə Qarayeva iş, çörək və su istəyir. Xocalıdan köçkün olan ailə Goranboyun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşıb. 60 yaşlı köçkün deyir ki, qəsəbədə durum ağırdır, su problemi yaşanır: “Oğlum Elgün Qəhrəmanov 2 ay əvvəl həbsdən buraxıldı.

Dövlət ona həbsdən çıxandan sonra 520 manat pul ödəməlidir ki, həmin pulla dolansın, özünə bir iş tapsın. Pulu 1 həftə ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli nümayəndəliyi verməli idi. 2 aydır ki, pulu vermirlər. Elgün iş üçün ötən müddətdə icra hakimiyyətinə az qala hər gün gedir. Deyirlər ki, iş yoxdur, bizdən əl çək. İşsizlik müavinəti də vermirlər. Biz erməni əsirliyində olmuşuq. Elgün uşaq ikən erməni əsirliyində olub. Qızım ermənilər tərəfindən öldürülüb. 2-ci qrup əliləm. Elgünün ailəsi var, 1 azyaşlı uşağı var. Kasıbçılıqdan gəlin uşağı götürüb atasının evinə gedib. Uşaq evdə qalıb nə yesin? Dərdimizi kimə deyirik, çarə edən yoxdur. Yazın, bəlkə İlham Əliyevə çatdı, bizə bir dəstək oldular”.

Rəsmiyyə Qarayeva deyir ki, həyat yoldaşı rəhmətə gedib. Özünün səhhətində ciddi problemlər var: “Diz qapağım sınıb. Müalicə də etdirə bilmədik. Əsanın ümidinə qalmışam. Oğlum Elgün Qəhrəmanov işsizdir. Xahiş edirəm işlə təmin etsinlər. Deyirlər ki, su idarəsində fəhlə işi var. Bəlkə ora işə götürsünlər. Deyirik, bizi eşidən yoxdur. 40 manat çörəkpulu alırıq. Pensiya ilə dolana bilmirik. Gəlin gedib anasının evində oturub ki, acından ölməsinlər. Bir tərəfdən də su yoxdur. Oğlum icra hakimiyyətinə getməkdən yorulub. Bizə dövlət sahib çıxsın, kömək etsin”. (Musavat.com)

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …