Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Xırdalanın mərkəzində ağaclar kəsildi – VİDEO

Xırdalanın mərkəzində ağaclar kəsildi – VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində iri gövdəli tut ağacları kəsilərək məhv edilib, zeytun ağacları isə kökündən çıxarılıb.

Araşdrıma zamanı məlum olub ki, ərazi Nigar Nibiyeva adlı şəxsə məxsudur.

Naməlum şəxslər ötən gün əraziyə gələrək xüsusi alətlərdən istifadə etməklə ağacları məhv ediblər. Məsələ ilə bağlı mülkiyyət sahibi ilə əlaqə cəhdimiz baş tutmadı.

Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı şöbəsinin əməkdaşları da gəldi. Dərhal araşdırmalara başlanıldı. Məlum oldu ki, ərazidə üç iri gövdəli tut ağacı kəsilərək məhv edilib, 13 ədəd zeytun ağacı isə kökündən çıxarılıb.

Sakinlər iddia edirlər ki, yaşayış binasının qarşısında olan iri gövdəli ağaclar bilərəkdən kəsilərək aparılır. Yerində isə hansısa bir iaşə obyekti tikilə bilər.

Ərazidə olarkən özünü təqdim etmək istəməyən şəxs çəkilişi dayandırmağımızı istədi.

4 saylı Ekologiya və təbii sərvətlər şöbəsindən bildirildi ki, hadisə ilə bağlı araşdırmalar tam yekunlaşandan sonra məsələyə tam hüquqi qiymət veriləcək.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …