Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / XIRDALANDAKI BU KEÇİDDƏ NƏ PANDUS VAR, NƏ DƏ ESKALATOR- FOTOLAR

XIRDALANDAKI BU KEÇİDDƏ NƏ PANDUS VAR, NƏ DƏ ESKALATOR- FOTOLAR

Xırdalan şəhəri “Abşeron” Gənclər şəhərciyi sakinlərinin etirazı bitib- tükənmir. Sakinlər bu dəfə də adıçəkilən yaşayış kompleksi ilə “Ər- Riyad” ticarət mərkəzi arasındakı yürüstü keçiddən narazıdırlar. Onlar məlum keçidin heç bir müasir standarta cavab vermədiyini iddia edirlər:
“Şəhərə getmək üçün mütləq bu keçiddən keçib 199 saylı marşruta minməliyik. Hər şeydən öncə qeyd edək ki, bu keçiddə əlillər üçün pandus nəzərdə tutulmayıb, pandus yoxdur.
Belə çıxır ki, bu şəhərcikdə yaşayan əlil evindən bayıra çıxmamalıdır. Axı bu, doğru yanaşma deyil. Əlil də bu ölkənin vətəndaşıdır və onun da hamı kimi yaşamaq, gəzmək, dolaşmaq haqqı var. Bu haqlar təmin olunmalıdır. İkincisi, keçiddəki pilləkanların sayı o qədər çoxdur ki, hamilə qadınlar, azyaşlı uşaqlar, yaşlılar hətta sağlam gənclər belə  ondan istifadə edə bilmirlər.
Məcbur qalıb istifadə etdikdə də keçdin orta pilləkanlarına qədər qalxırlar və elə oradaca səhhətləri  pisləşir, təngənəfəslik yaranır. Halbuki bu kimi hündür keçidlərdə pilləkanlarla yanaşı eskalotor da quraşdırılmalı idi. Amma nədənsə, onun inşası zaman bu şərtlər nəzərə alınmayıb. Baxın, paytaxtda bu sayaq çoxsaylı yerüstü keçidlər var və hamısında da eskalotorlar quraşdırılırb. Bu məntiqlə yola çıxsaq, aidiyyəti qurumların bir düşüncəsi aydın olur:
“Şəhər ətrafında yaşayanlar “gözdən uzaq könüldən qıraq” olduqları üçün  məşəqqət çəkməlidirlər”.Əlbəttə, bu da piyada təfəkkürün məhsuldur. Əlaqədar qurumlardan məsələyə dərhal reaksiya verib, problemin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görmələrini xahiş və tələb edirik”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …