Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-dən bildirilib.

Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır.

İndiyədək dağıntılar altından 6 nəfər vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb.

Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …