Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Xırdalanda biabırçılıq “gəlin maşını” palçıqlı küçəyə girmək istəmədi-VİDEO

Xırdalanda biabırçılıq “gəlin maşını” palçıqlı küçəyə girmək istəmədi-VİDEO

Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması vətəndaşlara bir il ərzində olmazın ziyan vurub.

Mozalan.az xəbər verir ki, işləri aparan şirkətlər Xırdalanın əsas və məhəllədaxili yollarının hamısı ucdantutma qazıblar. Elə yer var ki, 5 dəfə təkrar qazılıb. Qazılıb xarabaya dönən yerlərə sadəcə torpaq və çınqıl tökülüb. Yağış yağan kimi nəinki qıraq yollarda, əsas küçələrdə belə palçıq dizə çıxır.

Asfaltlanma işləri bir kənara, azyaşlı uşaqların palçığa batmamaları üçün heç olmasa küçələrə çınqıl belə tökmürlər.

Az əvvəl ilin yekunlarına aid yığıncaqda Xırdalanda nümunəvi məhəllələrin yarandığından bəhs edən İradə Gülməmmədova kobinetdən yaxşıca baxsa vətəndaşların üzərindən tökülən palçığı yaxşı görər.

“Mono” marketdən “Vüsal” marketə gedən yol, 7 saylı məktəbə gedən yol və onlarla irili-xırdalı küçələrdə hərəkət məhdudlaşıb. İnsanlar dükana getməyə belə çətinlik çəkir.

“Bizim icra orqanları arasına dəb düşüb. Bir şəhərin girəcəyini düzəldirlər, bir də mərkəzdə hansısa muzeyin qarşısını. Qalan bütün yerlər zibilliyi xatırladır. İstər yollar olsun, istərsə də küçələr. Bu şəhərin ən görməli yeri İcra Hakimiyyəti binasının qabağıdır. Deməli bu adamlar ancaq özlərini fikirləşir, xalq onların vecinə də deyil”, —deyir narazı sakin.

Həqiqətən də gördüyümüz mənzərə deyilənləri təsdiq edirdi. Paytaxtdan cəmi 3-4 km aralıda yerləşən Xırdalanın girəcəyindən savayı bütün yollar kələ-kötür, uçuq halda idi. Yağışın yağması, kanalizasiya xətlərinin xarab olması da əlavə sıxıntı yaşadır şəhərə.

Vəziyyət o həddədir ki, insanların şad günlərində belə qanqaraçılıq yaşanır. Mozalan.az-a verilən məlumata görə bugünlərdə icarəyə götürülən “gəlin maşın” belə bərbad küçələrdən birinə girməkdən imtina edib. Gəlinin olduğu ev palçıqlı küçələrdən birində imiş. Bəyin adamları dava-dalaşdan sonra güclə sürücünü o küçəyə girməıyə razı salıblar.

Aşağıda ilin əvvəlində çəkilmiş videonu təqdim edirik. Xırdalanda bütün ara küçələrdə eyni vəziyyətdir. Dəyişən bir şey yoxdur.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …