Cümə , Sentyabr 18 2020
Ana səhifə / Sosial / Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür — VİDEO

Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür — VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsü sökülür. 


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.


Aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.


Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işləri əlavə təhlükəsizlik tədbirləri görülərək aparılacaq.


Söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır. Artıq dayaqlar üçün svay vurma işləri yekunlaşdırılıb və svaylar üzərində müvafiq olaraq monolit dəmir-beton dayaqların inşası işləri aparılır.


Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

Həmçinin oxuyun

Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi – FOTOFAKT

“Göyərçin Uşaq Bağçası” MMC “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.Yeniavaz.com xəbər verir ki, Bakı …