Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial /  XİN Rusiya Müdafiə Nazirliyinin təxribatına münasibət bildirdi

 XİN Rusiya Müdafiə Nazirliyinin təxribatına münasibət bildirdi

““Zvezda” teleradio şirkətinin efirində 28 yanvar 2016-cı il tarixində getmiş xəbərdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Zvezda”nın efirində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur” Onun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən sözügedən məsələ ilə əlaqədar narazılıq “Zvezda” teleradio şirkətinin rəhbərliyinə çatdırılacaq və bu yanlışlığın aradan qaldırılması üçün tədbirlər görüləcək: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin teleradio şirkəti olan “Zvezda”-nı Azərbaycan və Rusiya arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrini və həmçinin, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində oynadığı rolunu nəzərə alaraq, gələcək fəaliyyətində Azərbaycan üçün həssas olan bu kimi məqamlara xüsusi diqqətlə yanaşmağa çağırırıq”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın