Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / XİN-dən qəzaya düşən diplomatla bağlı – Açıqlama

XİN-dən qəzaya düşən diplomatla bağlı – Açıqlama

“Sosial şəbəkələrə istinadən bəzi KİV-də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin diplomatik heyətinə aid əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi barədə verilən məlumat düzgün deyil”.

Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati-texniki heyətinə aid olan əməkdaşın iştirakı ilə avtomobilin texniki nasazlığına görə yol-hərəkət hadisəsi baş verib: “Ukrayna hüquq-mühafizə orqanlarının bu yol-hərəkət hadisəsi ilə əlaqədar hazırladığı aktda da sürücünün sərxoş vəziyyətdə olmadığı təsdiq edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yalnız yol kənarında dayanan avtomobilə zərər dəyib”.

Hikmət Hacıyev həmçinin qeyd edib ki, bəzi media orqanları sosial şəbəkələrdə gedən yoxlanılmamış materiallardan istifadə edərkən ehtiyatlı davranmağı və verilən məlumatları ilk öncə dəqiqləşdirməlidir.(Qafqazinfo)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın