Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Xidməti müqavilə ilə işləyənlər nə itirlər? – VİDEO

Xidməti müqavilə ilə işləyənlər nə itirlər? – VİDEO

Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması və işləyənlərin qeydiyyata alınması ilə bağlı ciddi tədbirlər hazırlanır. Təkliflər paketi yaxın günlərdə milli məclisdə müzakirəyə də çıxarılacaq.

Bəzi sahələrdə xidməti müqavilələrlə çalışan içşilərin rəsmi ştata alınması əsas tələblərdən sayılır. Millət vəkili Vahid Əhmədov, bununla vergi daxilolmaların artımı baş verəcəyini deyib:

Vahid Əhmədov- Millət Vəkil: “Xidməti müqavilənin tamimilə ləğvi qanunauyğun deyil. Burada əsas məsələ vergi ödəmələridir. Çünki xidmət sahələrində ikili mühasibatliqlar olur”.

Hazırda şirkətlər və işəgötürənlər işçilərlə münasibətlərdə xidməti müqavilələrdən geniş istifadə edirlər. Bu üsul o qədər geniş yayılıb ki, faktiki olaraq əmək müqaviləsinin alternativi sayılır. İqtiasadçılar vergi ödənişləri kimi, sosial sığorta yığımlarında oxşar porblemlərin olduğu qənaətindədir.

Rəşad Həsənov – Ekpert : Əmək pensiyaları haqqında qanun da bu problemi qabardır. Çünki 2017-ci ildən məcburi pensiya ödənişləri azalıb. Xidməti müqavilə rəhbər şəxsin məsuliyyətini azaldır.

Ekpertlər bu təkilflərin qəbulu ilə, kiçik və orta sahibkarlıq subyektləridə əlavə xərclərə yol açağını deyir. Çünki bir çox sahibkar, xüsusi müahibatlıq şirkətləri ilə az ödəniş müqabilində öz işlərini həyata keçirir.

Orxan Azaxov – mühasib: Xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əmək haqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Və bu zaman həmin məbləğdən fiziki şəxslərin gəlir vergisi (14%-dir) və DSMF-ə ödənişlər (ümumilikdə 25% təşkil edir) tutulmur. Xidmət göstərən tərəf yalnız müqavilə məbləğinin 4%-i həcmində sadələşdirilmiş vergi (regionlarda 2%) və ayda 22.30 manat DSMF ödənişi edir.)

Digər bir məsələ isə, heç bir müqaviləsi olmayan işçilərin dövlət qeydiyyatına alınmasıdır Bundan əlavə əmək müqaviləli işçilərin dövlət sektorunda payının azaldılmasıdır. İqtisadçılar. Hazırki dövürdə bu məsələnin həllini vacib sayır.

Rəşad Həsənov – Ekpert: Dövlətdə 600 min işçi əmək müqaviləsi ilə işləyir. 1 milyon içşi isə veon-lə çalışır.

Təkliflər paketi, parlamentin komissiyasında qəbul ediləcəyi gözlənilir. Bununla da əmək münasibətlərinin tənzinlənməsində, eləcə də bəzi mövcud problemlərin həlli sadələşəcək .

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …