Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq – Xeyriyyə fondları hesabına

Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq – Xeyriyyə fondları hesabına

İşğalçılar Şuşada müasir istirahət mərkəzi də tikməyi planlaşdırırlar…
 
Ermənilər Azərbaycanın 27-ci ildir işğal altında saxladıqları Xankəndi şəhərindən Şuşaya kanat yolu tikintisinin layihə işlərinə başlayıblar.
Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda qondarma separatçı qurumun “parlament”ində qurumun “büdcəsi”nin xərclənməsi ilə bağlı çıxışında  özünü “dövlət naziri” adlandıran Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, kanat yolunun tikinti işləri bu yaxınlarda xeyriyyə  fondlarının köməyi ilə başlanacaq.
Ermənilər kanat yolundan həm nəqliyyat vasitəsi, həm də xarici turistlərin əyləncə obyekti kimi yararlanmağı planlaşdırırlar. Separatçı məmur gələcəkdə Şuşada müasir istirahət mərkəzinin də tikintisinin nəzərdə tutulduğunu bildirib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …