Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Xanımın uşaq evindəki rəfiqələri onu “Sən Supersən!” müsabiqəsində necə dəstəklədilər – VİDEO

Xanımın uşaq evindəki rəfiqələri onu “Sən Supersən!” müsabiqəsində necə dəstəklədilər – VİDEO

Bu il Moskvada böyük səhnədə Azərbaycanı təmsil etmək məsuliyyəti uşaq evində tərbiyə alan Xanım Əhmədiyevanın zərif çiyinlərinə düşüb. Onun 2 saylı uşaq evindəki rəfiqələrinin Xanımı necə dəstəklədiyini videomuzda izləyin.

Azərbaycanlı təmsilçi Xanım Əhmədiyeva NTV kanalında yayımlanan “Sən supersən!” layihəsinin super-mövsümünü tərk edib. Əhmədiyeva səhnəyə “Ay qaşı-gözü qara qız” xalq mahnısı ilə çıxıb. Super-mövsümün münsiflər heyəti – bəstəkar İqor Krutoy, artistlər Aleksey Vorobyov, Diana Arbenina və Yolka – yekdilliklə yaşıl düyməni bassa da, təmsilçimiz nəticədə heç bir komandada yer ala bilməyib.

Rusiyanın NTV telekanalı ilə “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. “Sən supersən!” layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edirlər.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …