Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Sosial / Xanım rəqibindən Mirzəcan Xəlilova şok ittiham: “…büdcədən oğurlanan milyonlarla villalara sahiblənib”

Xanım rəqibindən Mirzəcan Xəlilova şok ittiham: “…büdcədən oğurlanan milyonlarla villalara sahiblənib”

Dairəmdə qanuna zidd hadisələr baş verir. Belə ki, 41 saylı Sumqayıt I Seçki Dairəsindən Milli Məclisə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Mirzəcan Xəlilov nüfuzlu nümayəndələrinin adını çəkərək seçiciləri “kimə səs verilməsindən asılı olmayaraq qutudan çıxacağına” inandırmağa çalışır”.

Bu fikirləri mia.az-a açıqlamasında həmin dairədə deputatlığa namizəd olan Həcər Abbaslı səsləndirib. Onun sözlərinə görə, Mirzəcan Xəlilov vətəndaşların namizədlər arasında sərbəst seçim etməsinə qarşı psixoloji basqı gerçəkləşdirir, səsvermə günü Yeni Azərbaycan Partiyasının üzvlərinin, yerli məmurların və bələdiyyə orqanlarının “yuxarıların tapşırığı” ilə onun lehinə çalışacağını bəyan edir: “Mirzəcan Xəlilovun adamlarının yaydığı bu cür informasiyaların nəticəsidir ki, onun adı “artıq təyin edilmiş deputat” kimi çəkilir. Həmçinin M.Xəlilov dövlət işçilərini özünə vəkil təyin edərək, dövlət büdcəsindən məvacib almalarına baxmayaraq iş günündə və iş saatlarında öz təşviqatına cəlb edir. Bu nüans vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halı yaradaraq Seçki Məcəlləsinin 69.4, habelə 55.2-ci maddəsinin kobud surətdə pozulmasıdır. Yaranmış hal Seçki Məcəlləsinin 71.1.1 bəndində əks olunan qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək şərtini də pozur. Bütün bunlar “Azərsutəchizat tikinti” ASC-yə rəhbərlik edən bir şəxsin qanunlardan və insan hüquqlarından xəbərsizliyinin ən bariz nümunəsidir. Dövlət torpaqlarını suvarma adı ilə bostan təsərrüfatını genişləndirən, büdcədən milyonlar oğurlayan M.Xəlilov bununla villalara sahiblənib. Seçicilər isə onu tanımır. Həmin dairədən YAP-ın vahid namizədi olduğu halda öz təşəbbüsü ilə seçkiyə qatılan ASC rəhbəri partiyadan xaric olunmalıdır. YAP icra katibinin müavini Siyavuş Novruzov vahid siyahıdan kənar seçkiyə qatılan partiya üzvlərinin cəzalandırılacağını bəyan edib.M.Xəlilov isə hakim partiyaya qarşı çıxaraq öz təşəbbüsü ilə namizəd olub. 2006-cı ildə Sabirabadın içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş “Azərsutəchizat tikinti” ASC ilə bağlı ortada korrupsiya iddiaları var. Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə dövlət sifarişi olan tenderin qalibi olan M.Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib”.

Həmçinin oxuyun

“BakıKART” şikayətə cavab verdi: “Karta köçməyən vəsait qeri qaytarılacaq”

“BakıKat” Bakı sakininin kartın seriyası, başına gələn hadisə ilə bağlı dəqiq ünvan və saatı göstərdiyi …

Bir cavab yazın