Ana səhifə / Sosial / Xalqımıza və dövlətimizə təhlükə yaradacaq qanun layihəsinə “Yox!” deyək

Xalqımıza və dövlətimizə təhlükə yaradacaq qanun layihəsinə “Yox!” deyək

Sağlam Cəmiyyət Hərəkatı Milli Məclisdə 1-ci oxunuşdan keçmiş təhlükəli qanun layihəsinin qəbul olunmaması üçün ictimai kampaniyaya start verib, deputatlara və ölkə ictimaiyyətinə müraciət edib

Qeyd edilən təhlükə Milli Məclisə təqdim olunan və artıq 1-ci oxunuşdan keçmiş qanun layihəsi ilə bağlıdır. Bu qanun birbaşa xalqın taleyi ilə bağlı olduğuna baxmayaraq, hansısa qüvv ələr bunu ictimai müzakirələrə çıxarmadan, xalqın rəyini öyrənmədən birbaşa və xəlvəti olaraq ölkə parlamentinə təqdim ediblər və tez-tələsik 1-ci oxunuşdan keçiriblər. Söhbət “Qida təhlükəsizliyi haqda” qanun layihəsindən gedir. Adından göründüyü kimi, bu qanun qida təhlükəsizliyini təmin etməlidir, lakin əldə etdiyimiz məlumata görə, qanunda nəzərdə tutulan bəzi müddəlar birbaşa qida terroruna rəvac verəcək. Misal üçün, qanun layihəsində GMO yem məhsullarının istifadəsinə icazə verilməsi nəzərdə tutulur. Bu isə olduqca təhlükəlidir. Çünki GMO qidaların insan sağlamlığı və həyatı üçün böyük təhlükə olduğu inkişaf etmiş ölkələrin (Fransa, Rusiya, Almaniya, Çin və s) çoxsaylı elmi mərkəzləri tərəfindən dəfələrlə sübut olunub. Bu məhsullar milli genefondumuzu dağıtmağa, ölkəmizi qlobal transmilli şirkətlərdən tam asılı vəziyətə salmağa gətirib çıxaracaq.

Sizə məlum olduğu kimi, uzun onillərdir ki, qlobal transkorparasiyalar dünyada təbii məhsulların sıradan çıxarılmasına, GMO məhsulların tətbiqinə çalışır, var gücləri ilə bu işi bütün ölkələrdə həyata keçirməyə cəhd edirlər. Azərbaycanda bu toxumların və məhsuların kütləvi gətirilməsi ötən əsrin 90-cı illərindən başlayıb. 90-ların sonlarından başlayaraq bununla bağlı televiziyada və mətbuatda dəfələrlə geniş araşdırma yazılar, verilişlər hazırlayaraq bu təhlükənin qarşısını almağa çağırdım. Bir neçə başqa şəxslər də belə etdilər, lakin bu çağırışlara əhəmiyyət verilmədi.

Geni dəyişdirilmiş məhsullar insanlar və bütün canlı aləm üçün qorxunc və çox dəhşətli bir faciədir. Bu bir növ gec partlayan bombadır. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. Sizin orqanizminizə siçovul genlərindən tutmuş ən müxtəlif heyvanların genləri yeridilir. Bu da özünü ağır xəstəliklərin çoxalmasında aydın göstərir. GMO özünü 2-ci nəsildə daha faciəvi şəkildə büruzə verir və verəcək- yəni sizin uşaqlarınızda. Xərçəng xəstəliyinin ən böyük səbəbi də geni dəyişdirilmiş ərzaq məhsullarıdır.

Müxtəlif ölkələrdə- Fransada, Rusiyada, Çində, Türkiyədə… aparılan uzunmüddətli elmi araşdırmalar bunu dəqiq şəkildə sübut edib, lakin dünya mediası qlobalistlərin əlində olduğundan bu məlumatlar kütləvi yayılmır və  sizin belə məlumatlara çıxışınız məhhdudlaşır.

Transgen məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, bütün təbiət üçün qorxunc təhlükədir. Belə ki, genetik tərkibi qarışdırılmış orqanizmlər torpaq fondunu məhv edir, onların əkildiyi torpaqlar təbii münbitliyini, faydalı mikroorqanizmləri itirir və sonra orada digər təbii məhsulların əkilməsi mümkün olmur. Heyvanlar da GMO yemlərdən qdalanaraq öz təbiiliyindən çıxır, xəstə bir yarımcan kütləyə çevrilir. Ən sadə misal kimi broyler toyuqlarını göstərmək kifayətdir. Təbii toyuqlarla onların fərqi gözünüzün qabağındadır. Biz onların ətini, yumurtasını yeyərkən də GMO qəbul etmiş oluruq. Üstəlik, güclü hormanal yemlərlə ildırım sürətilə böyüdülən bu toyuqlar insanın horman balansını dəyişir və bunun nəticəsi özünü çoxsaylı xəstəliklərdə aydın göstərir, üstəgəl cinsi azlıqların sayının artmasında da.

GMO texnologiyasının yarandığı və ilk tətbiq olunduğu ABŞ-da əhalinin sağlamlığının necə ağır vəziyyətə düşdüyü həmin ölkənin və BMT-nin statistikalarından aydın görünür. Ən pis xəstəliklər üzrə Amerika əhaliyə nsbətdə dünyada liderdir. Yalnız güclü və çox bahalı tibbi xidmətin sayəsində ağır faciənin qarşısını bir qədər ala bilirlər. Əksər amerikalılar həddən artıq şişmandır, əhalinin çoxu müxtəlif dərmanlar və antidepresantlarla yaşayır.

GMO-nun təkcə fiziki yox həm də psixi xəstəliklərə yol açdığı məlumdur. İnsanın beynindəki hüceyrələr də qəbul etdiyi qidalarla formalaşır. Zaman keçdikcə çox sayda psixi xəstəliklər, psixoloji problemlər yaranır.

Bu yazımda uzun uzadı elmi faktlar, statistikalar, alimlərin rəylərini, elmi təcrübələrin nəticələrini gətirib sizi yormaq fikrində deyiləm, istənilən şəxs bu haqda çoxsaylı elmi mənbələrdən məlumatları əldə edə bilər.

Fakt odur ki, bu məsələ birbaşa milli təhlükəsizliyimizlə bağlıdır. Xalqımızın genefondunu məhv edə biləcək ən böyük düşmənimizin bu olduğunu yəqin ki hamı başa düşür. Ən böyük düşmənimiz saydığımız ermənilər son 30 ildə davam edən müharibə və qarşıdurmalarda 30 min insanımızı öldürə bilməyiblər, lakin sizin əmin edirəm ki GMO tərkibli qidaların ağır xəstəliklərə düçar edib öldürdüyü insanlarımızın sayı 300 mindən az olmaz. Təəssüf ki bu rəqəmlər sürətlə artacaq. Bu məhsullar geniş yayıldıqdan sonra xəstəxanaların və apteklərin sayının kəskin artdığını özünüz də görürsünüz, onlarda davamlı növbələrin olduğunu da. Ölkədə xərçəng də daxil ağır xəstəliklərə yoluxma sayının necə sürətlə artdığı haqda statistikalar da dediklərimi sübut edir.

İndi isə problemə dövlət təhlükəsizliyi tərəfindən baxaq. Dövlətimiz üçün strateji təhlükə belədir- GMO toxumlar reproduksiya vermədiyindən öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il Monsanto kimi qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür. Faktiki müstəmləkəyə çevrilir. Çünki bu toxumların sahibi bir növ o ölkənin aqrar sektorunun, ərzaq məhsullarının sahibidir, bu səbəbdən o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərfüfatını məhvə düçar edə bilər. Ümidvaram bunun necə qorxunc bir təhlükə olduğunu başa düşürsünüz.

Bundan başqa, qida təhlükəsizliyi təmin edilməyəndə əhali arasında xəstəliklər kəskin artır, viruslara müqavimət azalır. Nəticədə dövlət ağlagəlməz məbləğlərdə zərərə düşür, səhiyyə xərcləri kəskin artır, əlillərin və ağır xəstələrin sayının artması sosial yükünü artırır, cəmiyyətdə işləmədən müavinət alanların sayı artır.

Xaricdən idarə olunan bəzi GMO təbliğatçıları GMO-nun daha çox məhsul veridyini və tamamilə bu əkinlərə keçilməsinə çağırırlar. Bu konkret olaraq yalandır. Rusiyada aparılmış elmi təcrübə sübit etdi ki, GMO qarğıdalı və günəbaxan toxumları ənənəvi təbii toxumlardan daha az məhsul verir və daha baha başa gəlir. Türkiyədə Qida Təhlüksizliyi Hərəkatı tərəfindənaparılmış real elmi təcrübə göstərdi ki, təbii buğda toxumu GMO toxumdan 10 dəfə artıq məhsul verir. Üstəlik, təbii toxumdan fərlqi olaraq GMO toxumlara xüsusi qulluq göstərilməli və çox bahalı xüsusi dərmanlarla baxılmalıdır. Bəzi məhsullarda GMO toxumlar daha çox məhsul versə də, bu məhsulun bioloji dəyəri çox aşağıdır. Yəni 100 qram təbii məhsulda olan faydalı elementlər 1 kilo GMO məhsulda yoxdur. Nəticədə insanlar 1 kilo təbii ərzaqdan ala biləcəyi faydalı maddələri qəbul etmək üçün 10 kilo GMO məhsulu istifadə etməlidirlər. Məhz buna görə son dövrlərdə tibbdə yeni xəstəlik- gizli qida aclığı sindromu yaranıb. İnsanlar dəfələrlə daha çox həcmdə qida qəbul etməyə başlayıb ki, bu da çoxsaylı xəstəliklərə səbəb olub.

GMO yaradıcıları və təbliğatçıları keçən əsrin ortalarında bu texnologiyanın bəşəriyyəti aclıqdan qurtarmaq üçün yaradıldığını və tətbiq olunduğunu deyirdilər. Lakin həmin vaxtlar dünyada maksimum 300 miyon ac var idi, hazırda isə bu say 1 milyard təşkil edir. Göründüyü kimi vəziyyət 3 dəfə daha ağırlaşıb.

Konkret olaraq, GMO-nun xeyrinə bircə arqument də yoxdur. Əvəzində zərərinə olan arqumentlərin, elmi faktların sayı hesabı yoxdur ki, burada mən sizi yormamaq üçün çox az bir hissəsini qeyd etdim.

Hazırda bəzi böyük dövlətlər və qlobal mərkəzlər yerli təbii toxum növlərini xüsusi yeraltı anbarlarda toplayır, qoruyur. Dünyaya isə durmadan GMO toxumlar ixrac edilir. Bu təhlükəni vaxtında görən ölkə prezidenti cənab İlham Əliyev hələ uzun illər qabaq toxumçuluq təsərrüfatlarının yaradılması, yerli toxum fondunun qorunması, artırılıb tətbiq olunması ilə bağlı sərəncam verdi. Bir neçə belə təsərrüfat da yaradıldı. Lakin hazırda bu sahədə vəziyyət necədir, bundan məlumatlı deyiləm. GMO məhsullarla, təbii ərzaq məhsulları ilə bağlı ölkə rəhbərinin sərəncamları, qəbul olunmuş qanunlar çox  müsbətdir. Lakin həmin qanunların tələblərinə riayət olunmur, çünki ölkə bazarları GMO məhsullarla doludur.

Bu vəziyyətə baxmayaraq bəzi qlobal mərkəzlər bundan narahat olublar və ölkəmizdə bu qanunların dəyişdirilməsinə çalışırlar. Çünki prosesi daha rahat şəkildə aparmaları üçün bu işləməyən qanunların da ləğv edilməsi lazımdır.

Prosesi Ümumdünya Ticarət Təşkilatı və Monsanto başda olmaqla genetik modifikisasiya edilmiş məhsulların istehsalı, ixracı sahəsində ixtisaslaşmış qlobal transkorparasiyalar aparır, GMO-nun lobbiçiliyini edirlər. Onlar ölkələrdə hökumət və qeyri-hökumət təşkilatlarına, parlament üzvlərinə yol tapır, nəzarətlərindəki media ilə bunu təbliğ edir və sonra özlərinə lazım olan qərarın qəbuluna nail olurlar. Sonra isə həmin ölkələri özlərindən asılı vəziyyətə salırlar. GMO toxumu yayır əhalini zəhərləyir, sonra dərmanlarını satırlar. Fakt da budur ki, qlobal GMO korporasyalarının sahibləri, həm də dərman şirkətlərinin sahibləridir.

Dünyanın əksər ölkələrində buna qarşı dövlət və ictimai təşkilatlar səviyyəsində mübarizə aparılır, bir çox ölkələrdə GMO məhsulların istehsalı, idxalı, satışı qadağan edilib. Əksər ölkələrdə buna qarşı ciddi ictimai müqavimət var.

Bizdə də dövlətimiz GMO məhsulları qadağan edən, yalnız ekoloji təmiz təbii məhsulların istehsalı, idxalı və satışına icazə verən bir neçə qanun qəbul edib.

Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. Lakin buna baxmayaraq bir qrup maraqlı şəxs tərəfindən GMO yem məhsullarının istifadəsinə icazə verilməsinə dair tələb “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentdə çox 1-ci oxunuşdan keçib, çox güman ki deputatların əksəriyyəti bunun necə strateji bir təhlükə olduğu haqda lazımi məlumatlara malik deyillər. GMO yemlərlə qidalanan heyvanların və quşların ətini yeməklə biz orqanizmimizə həmin qorxunc məhsulları daxil etmiş oluruq. Bu ilkin addımdır, buna müqavimət göstərilməsə, ardınca bütün GMO məhsullara yaşıl işıq yandırılacaq.

Lakin cəmiyyət olaraq qida təhlükəsizliyi kimi ən vacib məsələyə etinasız yanaşırıq. Yalnız bir neçə ictimai təşkilat və jurnalist buna qarşı mübarizə aparır. Bu təhlükəni ortaya qoyan, buna qarşı mübarizə aparan ictimai təşkilatların arasında ən böyük işi Azad İstehlakçılar Birliyi və şəxsən onun rəhbəri Eyyub Hüseynov aparır. Səhv etmirəmsə 25 ildir bu təşkilat xalqın əvəzinə bu qüüvələrlə mübarizə aparır.

Mən də əsas ixtisasım olan qida təhlükəsizliyi və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı olaraq 25 ilə yaxındır bu mövzularda davamlı araşdırma yazılar, verilişlər, mediada rəylərlə çıxış etmişəm, həyəcan təbili çalmışam, lakin əminəm ki onların çoxundan sizin xəbəriniz yoxdur. Bir neçə başqaları da var ki, (Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, həmin təşkilatın texnoloqu Ağa Salamov, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin nümayəndəsi Asim Vəliyev və s.) illərdir ki, bu mövzularda həyəcan təbili çalırlar. Lakin, necə deyərlər, bir neçə güllə bahar olmaz, çünki bu kampaniyalara ictimai dəstək, bu qida terroruna qarşı ictimai müqavimət sıfır səviyyəsindədir. Bunu yaxşı bilən qlobal dairələr və onların maraqlarını ölkəmizdə müdafiə edən qüvvələr GMO haqda mövcud qanunların dəyişməsinə, GMO-ya yaşıl işıq yandıran yeni qanunların qəbuluna çalışırlar.

Çox təəssüflə qeyd etməliyəm ki, bu işin başında əslində buna qarşı mübarizə aparmaq üçün yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dayanır. ATA var gücü ilə həmin qlobal dairələrin siyasətini dəstəkləyir və GMO-nun lobbiçiliyini aparır. AQTA yarananda çox sevinmişdim, düşünürdüm ki, nəhayət qida sektorundakı dəhşətli problemlər həll olunacaq, çünki məsələ təkcə GMO-da deyil, qidalara qatılan minlərlə ultrakimyəvi inqridiyentlər, saxta qida məmulatları insanları məhv edir. Agentliyin yaranmasını alqışladım və uğurlar arzuladım. Lakin çox keçməmiş yanıldığımı başa düşdüm.

AQTA formal bir bürokratik orqana çevrildi və işi ancaq pul alıb sənəd verməkdən ibarət oldu. Həm yerli istehsalda, həm idxalda, həm ticarət sektorunda GMO məhsullar, zərərli, kanserogen maddələrlə zəngin süni kimyəvi qida məhsulları ölkəni başına götürdü. Agentlik arada bir formal reydlər etməklə bir neçə kiçik dükanı və ya sexi cəzalandırsa da, bu, ölkədəki analoji faktların milyonda birini belə əhatə etmədi. Mağazaları doldurmuş mənşəyi bilinməyən və ətdən 2 dəfə ucuz satılan təhlükəli kolbasa sosiska məmulatlarına toxuna bilməyən AQTA kəndlərdən sağlam heyvan gətirib Bakıda kəsib satan qəssabxanalara qarşı mübarizəyə başladı. Bunu media və social şəbəkələrdə ət bazarında monopoliyaya dəstək vermək cəhdi adlandırdılar. Mən də bu problemlərlə bağlı çox sayda faktlar yayımladım, agentliyin fəaliyyətsizliyini sərt tənqid etdim, mediada çox sayda çıxışlar etdim. AİB sədri Eyyub Hüseynov da, digərləri də əllərindən gələni etdilər, lakin agentlik bunlara əhəmiyyət vermədi.

AQTA-nın idxal və yerli istehsal məhsullarının çoxunu yoxlamadan sənəd verdiyi haqda mediada, sosial şəbəkələrdə tez-tez məlumatlar yayılır. Bu problemləri aradan qaldırmaq əvəzinə, Agentliyin ünvanına edilən tənqidlərə sərt reaksiya verirlər, jurnalistləri susdurmağa çalışır, media rəhbərlərinə təzyiq edib qida təhlükəsizliyinin pozulması haqda faktların, verilişlərin, yazıların yayılmamasına cəhd edirlər.

İndi əhalimizin qida təhlükəsizliyini qorumaq vəzifəsi etibar edilmiş həmin bu AQTA ölkə parlamentinə təqdim edilmiş yeni qanunun keçməsinə çalışır. Şübhə çoxdur ki, bu qanun layihəsi qlobal dairələrin göstərişləri əsasında AQTA tərəfindən hazırlanıb və ona səs verən deputatların bəziləri isə yəqin ki, bu sahədə fundamental biliklərə və lazımi məlumatlara malik olmadıqlarından necə dəhşətli bir təhlükəyə yaşıl işıq yandırdıqlarının fərqində deyillər. Ümid edirəm ki, hörmətli deputatlarımız bu qanun layihəsinin əleyhinə səs verməyəcəklər.

Lakin biz də sosial məsuliyyətimizi göstərməliyik və Milli Məclisi bu qanunun qəbul edilməməsinə çağırmayılıq. Bu səbəbdən, sizdən dönə-dönə xahiş edirəm, əgər xalqımızın və dövlətimizin taleyi sizi narahat edirsə Sağlam Cəmiyyət Hərəkatının elan etdiyi, digər ictimai təşkilatların da qoşulacağına şübhə etmədiyim “GMO qanununa Yox deyək!” şüarlı ictimai kampaniyaya dəstək verək, bu yazını paylaşaq, yayaq, ictimailəşdirək. Qobal GMO terrorundan xalqımızı qoruyaq! Bu gün bunu etməsək, sonra artıq gec olacaq. Biz qarşısını ala bilməsək, bizim övladlarımız bu qlobal bioterrora məruz qalıb böyük faciələrə düçar olacaqlar. Unutmayaq, insan orqanizmi yalnız qidadan, sudan formalaşır, əgər onlar təbii deyilsə, heç bir sağlamlıqdan, heç bir inkişafdan söhbət belə gedə bilməz. Əksinə xalqımız getdikcə məhv olar.

Dövlətimiz də strateji planda ağır vəziyyətə düşə bilər. Məlum olduğu kimi, dövlətin qüdrəti, onun iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. GMO yönümlü kənd təsərrüfatına və yeyinti sənayesi isə həmin dövlətin iqtisadiyyatnın əhəmiyyətli və ən vacib hissəsini hansısa xarici mərkəzə bağlayır.

Azərbaycan təbiəti, vətənimizin yeraltı və yürstü resursları bizim özümüzü təbii məhsullarla təmin etməyimiz üçün yetərli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etməklə, sağlam cəmiyyət, güclü dövlət yarada bilərik. Bizim genefondumuzu dağıdacaq, xalqımızı və dövlətimizi sosial-iqtiadi cəhətdən ağır vəziyyətə sala biləcək qorxunc GMO məhsullara ehtiyacımız yoxdur.

Mən sözümü dedim, indi növbə sizindir. Bu uzunluqda yazını sonadək oxuduğunuz üçün sizə minnətdaram. Amma oxumaqla iş bitmir. Xalqımıza, dövlətimizə qarşı ermənilərdən daha qorxunc bir xarici düşmən müharibə aparır. Qorxmayın, onlara qarşı mübarizədən çəkinməyin. Necə ki, Qarabağ müharibəsində qorxmadıq və qalib gəldik. O müharibədə məğlub olsaydıq da, nə vaxtsa qələbə qazana bilərdik, necə ki, 1-ci Qarabağ müharibəsində məğlub olduq, 2-ci müharibədə qalib gəldik, vətənimizi azad etdik. Lakin bu müharibədə bir dəfə məğlub olsaq sonra qalib gəlmək şansımız olmayacaq. Qısası, bu, vətənimiz, xalqımız, dövlətimiz uğrunda döyüşdür. Buyurun meydana.

Kampaniyaya dəstək verən bütün insanlarımıza öncədən təşəkkürlər.

Hörmətlə-

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri,

TvPress.Az İnternet Qəzetinin baş redaktoru

Elçin Bayramlı

Həmçinin oxuyun

Bakı bulvarında ilanlar peyda olub – VİDEO

Bakı bulvarında ilanlar peyda olub.