Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Xalq artisti Emin Ağalarov Bakıda 4 mərtəbəli avtodayanacaq tikir

Xalq artisti Emin Ağalarov Bakıda 4 mərtəbəli avtodayanacaq tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində avtodayanacaq binasının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 22 min 305,1 kv. metr olacaq avtodayancaq binası 4 mərtəbədən ibarət olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən  “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …