Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Sosial / “Xaliq Faiqoğlu”dan “Azinforum”un yazısına reaksiya gəldi

“Xaliq Faiqoğlu”dan “Azinforum”un yazısına reaksiya gəldi

“Xaliq Faiqoğlu” şirkəti Azinforum.az-da yaımlanan “”Xaliq Faiqoğlu” şirkətindən 199 saylı marşrutun sərnişinlərinə hörmətsilzik – FOTO başlıqlı yazı ilə bağlı öz mövqeyini bildirib. Şirkətin mövqeyini olduğu kimi dərc edirik: “11 noyabr 2019-cu il tarixində “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və 199 saylı marşrut xətti üzrə hərəkət edən 10 TH 040 dövlət qeydiyyat nişanlı avtobus Bakı Mühəndislik Universitetindən Mərkəzə doğru hərəkət edərkən sürücü nəqliyyat vasitəsində texniki nasazıqlı müəyyən etmişdir. Bundan sonra sürücü sərnişinlərə geridən gələn 199 saylı marşrut xətti üzrə digər avtobusla yola davam edə biləcəklərini və avtobusa orta qapıdan daxil olaraq ödəniş etməyəcəklərini bildirmişdir. Görüntülərdən də sürücünün sərnişinləri ödənişsiz olaraq geridən gələn nəqliyyat vasitəsi ilə ödənişsiz olaraq yola davam edəcəkləri aydın olur və hər hansı sərnişinə kobudluq edilmədiyi görünür. Çox təəssüf ki, şikayət edən sərnişin bu məsələ ilə bağlı qərəzli mövqe nümayiş etdirmişdir”.

Həmçinin oxuyun

Hava dəyişəcək: külək, yağış, qar – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış …