Cümə , İyun 21 2019
Ana səhifə / Sosial / Xaçmazda qəza zamanı 30 yeşik alma yola dağılıb – VİDEO

Xaçmazda qəza zamanı 30 yeşik alma yola dağılıb – VİDEO

Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

“Report”un məlumatına görə, Xaçmaz-Quba yolunun 7-ci km-də “QAZel” markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.


Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …