Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına görə, ölkə ərazisində qeyri- sabit, güclü küləkli hava şəraiti davam edib.

Nazirlikdən daxil olan məlumata, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına görə dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaldan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Oktyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …