Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Xəzər sahilində yenidən suiti cəsədləri tapıldı – VİDEO

Xəzər sahilində yenidən suiti cəsədləri tapıldı – VİDEO

Asan hesab edib, brokonyerlərin toruna düşən balıqları yemək istədi, amma canlarından oldular. “Balıqçılar” Xəzərin Mərdəkan sahillərində 2 suitini  vəhşicəsinə məhv edib.

Aralarındakı məsafə 50-60 metr olar. Hər iki suiti məhv edilib və hər ikisinin üzərində çoxsaylı yara izləri var. Görüntülər Mərdəkan çimərliyindəndir.

Birinin başı və qarnı, digərinin isə bel nahiyəsi qan içində olan suitilər görünür bir neçə gündür məhv olub, artıq onlara həşəratlar da daraşıb.

XəzərXəbər-in məlumatında sonra Ekologiya və təbii sərvətlər nazirliyinin, o cümlədən,  Zoologiya institutunun mütəxəssizləri əraziyə baxış keçirdilər. Zoologiya institutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyir ki, bunlar Xəzər suitiləridir. Ölmələrinə səbəb isə brokonyerlərdir. “Balıqçılar” torlarına düşən balıqları yeyən suitiləri belə cəzalandırıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı mərkəzinin direktoru Mehman Axundov da deyir ki, suitilər balıq ovunda qadağan olunan ov aləti ilə məhv edilib.

Qeyd edək ki, Xəzər suitiləri qırmızı kitaba düşən bir növdür. Yalnız Xəzər dənizində yaşayan bu heyvanların sayı hər ötən il azalır.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …