Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Xətainin icra başçısı və qohumundan Heydər Əliyevin xatirəsinə böyük sayğısızlıq- FOTOFAKT

Xətainin icra başçısı və qohumundan Heydər Əliyevin xatirəsinə böyük sayğısızlıq- FOTOFAKT

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətindən yolunuz düşsəydi, gözlərinizə inanmayacaqdınız. AFN.az xəbər verir ki, MKTB əməkdaşları tərəfindən mərhum prezident Heydər Əliyevə qarşı laqeydlik göstərilib. Belə ki, H.Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə olan birgə portret lövhələri yerə atılıb və plakatlar hörmətsiz şəkildə qalıb, üzərinə isə dəmirlər qoyulub. Bu fakt artıq mediaya çıxıb və dərhal MKTB rəhbərliyi hərəkətə keçib.

MKTB rəisi Əvəz İsmayılov işçiləri danlayıb, bəzilərinə töhmət verib. Fotoların mətbuata çıxmasına görə onun özünə də söz gəlib. Ə.İsmayılov Xətai RİH başçısı Razim Məmmədovun bibisi oğludur. İddialara görə, icra başçısı bibisi oğluna bu məsələyə görə irad bildirib.
Amma məsələ ondadır ki, icra başçısının qohumu faktlar mediada ictimailəşənə qədər heç bir tədbir görməyib, hər gün portretləri yerdə, dəmirlərin altında görsə də, laqeydlik göstərib.
Amma Ə.İsmayılov bir idarə rəisi kimi diqqətli və həssas olmalıydı. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsi təklif edilirdi və onların təhqir olunmasının qarşısını almaq təşəbbüsü qaldırılmışdı.
Bu günlərdə Türkiyədə isə Atatürkü təhqir edən biri həbs edilib. Azərbaycanda bu sahədə ciddi boşluqlar olduğu yuxarıda qeyd edilən faktdan da açıq-aydın görünür.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xətainin icra başçısı və qohumundan Heydər Əliyevin xatirəsinə böyük sayğısızlıq-

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …