Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Xətai” metro stansiyası ətrafındakı ağacları niyə kəsiblər? – FOTO

“Xətai” metro stansiyası ətrafındakı ağacları niyə kəsiblər? – FOTO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Xətai” metro stansiyasının yaxınlığındakı ağacların kəsilməsi məsələsinə aydınlıq gətirib.

Birliyin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsinə səbəb qurumaları olub:

“Xətai” metro stansiyasının açılışı ilə bağlı olaraq abadlıq işləri aparılıb. Şəhərin görüntüsünə xələl gətirən və aşma ehtimalı olan quruyan ağaclar kəsilərək götürülüb. Həmçinin, ehtiyacı olan ağaclarda budama işləri görülüb. Mövsümdə kəsilənlərin yerinə yeni ağaclar əkiləcək.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi olaraq Bakının küçə və prospektlərində yaşıllaşdırılma işləri ilə məşğuluq. Bu səbəbdən sağlam ağacı kəsmərik. Çünki onların qulluğunda biz dururuq. Ona görə də həmin ağacların qədrini hamıdan çox bilirik”.

Qurumdan saytımıza ağacların kəsilmədən öncə çəkilmiş fotoları da təqdim olunub. 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …