Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Xərçəng xəstəsi olan 27 ilin hərbçisi kömək istəyir – VİDEO, FOTOLAR

Xərçəng xəstəsi olan 27 ilin hərbçisi kömək istəyir – VİDEO, FOTOLAR

27 il hərbidə xidmət etmiş polkovnik-leytenant Əliyaz Mirzəyev 3 ildir ağciyər xərçəngindən əziyyət çəkir. Xidməti dövründə xəstəliyə tutulduğuna görə tərxis olunub. O vaxtdan dərmanlarını almaqda çətinlik çəkir:

“1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm. Son çalışdığım Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işləyərkən bu xəstəlik aşkarlandı. Müayinə zamanı məlum oldu ki, ağciyər xərçəngidir. O da bel fəqərəsinə metastaz verib. O gündən bu günə kimi müalicələrdəyəm. Hərbi hospitalda onkoloji xəstələrin müalicəsi mümkün olmadığından Milli Onkologiya Mərkəzinə göndərildim. Orada 14 kurs kimyaterapiya aldım. Lakin yaxşı effekt əldə edə bilmədim. Kimyaterpiya alan zaman dəmanlarım və müalicələrim dövlət tərəfindən ödənilirdi. Analizlər nəticəsində bəlli oldu ki, mənim sağalmağım üçün “Tarceva” adında dərmandan istifadə etməliyəm. Lakin bu dərman çox baha idi. 1200-1500 manata yalnız xaricdən gətirmək mümkün idi. Öz vəsaitim hesabına doqquz ay çətinliklə dərmanlarımı ala bildim. Sonradan bəlli oldu ki, bu dərmanın elə də effekt vermir. Daha sonra həkimlər “Optiva” adlanan dərmandan istifadə etməyi məsləhət gördülər. Bu dərman ampuladan ibarətdir və hər 15 gündən bir ikisi qoşulmalıdır. Azərbaycanda isə bu dərmandan yoxdur. Biri 1300 dollardır. Bir ay üçün isə 5200 dollar deməkdir. İllik isə 110 min manata çıxır. Ayağa qalxmağımda bu dərmanın böyük köməyi var. Nəfəs ala, danışa bilmirdim. Bu dərman qoşulandan sonra irəliləyiş var. Dərman baha olduğundan keçmiş, yaxın insanların köməkliyi ilə alıram. Lakin bu da bir vaxta qədər… Mənə verilən 1020 manat təqüdlə bu dərmanları almaq mümkün deyil. 250 manat kirayəyə verirəm. İki övladım da ali təhsil alır. Ailənin dolanışığı və onların xərclərini birtəhər ödəyirəm”.

Ə.Mirzəyev dərmanlarının alınması üçün dövlət tərəfindən ona yardım edilməsini xahiş etdi:
“Hərbi Qulluqçuların Statusu Haqqında Qanunun 13-cü maddəsinin 6-cı bəndinə göstərilib ki, mən pulsuz müalicə almalıyam. Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovdan xahiş edirəm ki, mənim işimə baxılması ilə bağlı göstəriş versin. Mən 27 il sevə-sevə bu vətənə xidmət eləmişəm. Canımı, cavanlığımı bu vətən yolunda vermişəm. İndi bu xəstəlikdən əziyyət çəkirəm. Dərmanlarım çox bahadır, ala bilmirəm. Xahiş edirəm dövlət tərəfindən dərmanlarımın alınmasına köməklik edilsin”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …