Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Xəbərdarlıq: ciddi tədbirlər görüləcək…

Xəbərdarlıq: ciddi tədbirlər görüləcək…

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 oktyabr 2017-ci il tarixindən etibarən müvafiq qanunvericliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişıq” ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər. Xahiş edirik nəzərə alasınız.

“Azərişıq” ASC-nin mətbuat xidməti

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …