Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Xəzərin suyu Kürə qarışdı: içməli su təminatında problem yarandı

Xəzərin suyu Kürə qarışdı: içməli su təminatında problem yarandı

Son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.
Neftçala rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb:
“Nəzərinizə çatdırmaq istərdik ki, məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣”Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …