Ana səhifə / Sosial / Xəzərin statusu müzakirə ediləcək

Xəzərin statusu müzakirə ediləcək

«Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək».

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 20-si jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq: «Eyni zamanda, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq».

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar 20 ilə yaxındır ki, davam edir. Xəzərin sektorlara bölünməsi üzrə Rusiya, Azərbaycan və Qazaxıstan arasında saziş imzalanıb. İran və Türkmənistan bu bölgü ilə razı deyil. İran Xəzərin Xəzəryanı ölkələr arasında bərabər bölünməsini istəyir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın