Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Sosial / Xəzərin səviyyəsinin kəskin enməsi hansı nəticələrə səbəb olur? – VİDEO

Xəzərin səviyyəsinin kəskin enməsi hansı nəticələrə səbəb olur? – VİDEO

İsti hava şəraitinin hökm sürməsi xəzər dənizində balıqların tükənməsi ilə nəticələnir. Bu cür isti hava şəraiti davam edərsə, gələcəkdə balıq qıtlığı və quraqlıq kimi halların şahidi ola bilərik. Mütəxəssislər bunun səbəblərini açıqlayıb.

Qlobal istiləşmə artıq ölkəmizdə də öz fəsadlarını göstərir. Bu fəsadların öyrənilməsi üçün yerli mütəxəssislər daha dərin tədqiqatlara başlayıblar. 10 illik fasilədən sonra “Əlif Hacıyev” gəmisi texniki cəhətdən bərpa edilib və son iki ildə 3 dəniz ekspedisiyası həyata keçirilib. Bu yay keçirilən ən böyük ekspedisiyada məlum olub ki, yüksək temperatur şəraitində dənizin qidalandırma potensialı da azalıb. Bu da kilkə və digər xırda balıqların ehtiyatını tükədib. Həmçinin intensiv buxarlanma Xəzər dənizinin səviyyəsinin 1,5 metr düşməsinə səbəb olub.

Mehman Axundov oxşar proseslərin Xəzərə daxil olan çay axınının 85%-inə qədərini təşkil edən Volqada da müşahidə olunduğunu deyib. Qlobal istiləşmənin təsirindən danışan Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərovun sözlərinə görə isə, avqust ayında bu cür istilər axırıncı dəfə 2010-cü ildə qeydə alınıb. Bu isti daha çox özünü dağlıq və dağətəyi ərazilərdə göstərir və su qıtlığına yol açır.

Əkbər Əsgərov bildirib ki, iqlim dəyişikliyi bu cür davam edərsə, indiki nəsil də ciddi quraqlığın şahidi olacaq. İstiləşmənin qarşısının alınması üçün meşə zolaqlarının sayı artırılmalıdır.

Həmçinin oxuyun

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. …